Haqqımızda

2017-ci ildə təsis edilmiş  “Ceo Media” MMC şirkəti Türkiyədə təhsil almış əməkdaşlarının səyi nəticəsində  Azərbaycanın yeni və innovativ bir şirkəti olaraq fəaliyyətə başlamışdır. Şirkət iki sahədə ixtisaslaşmışdır.


Təhsil

“Ceo Media” şirkəti yarandığı gündən etibarən Azərbaycan gənclərinin xaricdə (Türkiyə, Rusiya, Avropa, ABŞ və s.) və eləcə də xarici tələbələrin Azərbaycanda təhsil alması üçün qəbul proseslərini həyata keçirir. Bununla yanaşı tələbələrə universitet və ixtisas seçimi, sənədləşmə işləri, qəbul prosesindən sonra yataqxana və ya kirayə evin tapılması, sığorta kimi bir sıra işlərdə də yardımçı olur.

Bundan başqa “Ceo Media” şirkəti aktyorluq, rejissorluq, aparıcılıq kimi bir sıra kursların təşkilini həyata keçirir. Kurslar Azərbaycan və qardaş Türkiyənin mütəxəssisləri tərəfindən tədris olunur.


Media və Tədbirlərin Təşkili

“Ceo Media” şirkəti media sahəsində bir sıra televiziya proqramlarının, bədii və sənədli filmlərin, reklam və animasiya materiallarının hazırlanması kimi işləri həyata keçirir.

Bundan başqa şirkət tərəfindən sərgilər, festivallar, konfranslar, seminarlar, təqdimatlar, yarışmalar kimi müxtəlif tədbirlər təşkil edilir.